Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 12:46:34
Ali Məhkəmə və ADA Universitetinin təşkilatçılığı ilə konfrans keçirilib

Ali Məhkəmə və ADA Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, konfransda Ali Məhkəmənin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda çıxış edib.

 

Sədr qeyd edib ki, ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır:

 

“Ümummilli Lider Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsində xeyli uğurlu işlər gördü. Məhkəmə hakimiyyətindəki islahatlar bu gün də dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizin məhkəmə sistemi qarşısında yeni çağırışlar meydana gəlir. Elm və texnologiya əsrində məhkəmə sistemi olaraq çağırışlara cavab vermək, innovativ texnologiyaların tətbiqi zamanın tələbidir. 

Məhkəmələrin inkişafında yüksək peşəkarlığa malik kadrların rolu böyükdür. Ali Məhkəmə ölkəmizdəki təhsil ocaqlarının hüquq fakültələri ilə sıx əlaqə quraraq, gələcəyin hüquqşünaslarının tədris proqramlarına fəal dəstək verməyə hazırdır”.

Daha sonra konfransda digər şəxslər çıxış edib.