Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 10:35:04
Azərbaycanda sağ qalan müharibə veteranlarının SAYI

Hazırda Azərbaycanda 51 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.

 

AzEdu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.


Qeyd edilib ki, hər il dövlət başçısı tərəfindən 9 May - Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalanır. Bu il də 26 aprel 2023-cü il tarixli sərəncamla İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.

 

Həmin birdəfəlik maddi yardımın məbləği də son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı da həyata keçirilib.

 

Bu kateqoriyaya aid vətəndaşların, həmçinin döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslərin sosial xidmətlərlə təmin edilməsi işləri də aparılır.