Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 15:27:00
İtkin düşən 16 yaşlı qız tapılıb- YENİLƏNİB

Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.

 

AzEdu.az xəbər verir ki, günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

 

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.

 

***

Şəkidə 16 yaşlı qız itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Hacıyeva Günsel Ramil qızı yaşadığı evdən gedərək bir daha geri qayıtmayıb.

 

Faktla bağlı araşdırma aparılır.