Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-09 10:09:00
İmtahandan az bal toplayan 9-cuların aqibəti necə olacaq? - DİM-dən AÇIQLAMA

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri dünən elan olundu.

 

İmtahanda yüksək nəticə göstərənlərlə yanaşı, olduqca aşağı bal toplayanların sayı az deyil.

 

Aşağı nəticə göstərən şagirdlər və onların valideynləri narahatdır. Belə ki, bəzi məktəb direktorları tərəfindən onlara bildirilib ki, aşağı bal toplayan şagirdlər 10-cu sinfə buraxılmayacaq.

 

Bəs bu məlumat nə dərəcədə həqiqətə uyğundur?  

 
DİM-dən AzEdu.az-a verilən məlumatda bildirilib ki, buraxılış imtahanında göstərdiyi nəticədən asılı olmayaraq 9-cu sinfi bitirən şagirdlərə attestat verilir və onlar təhsillərinə 10-cu sinifdə davam edə bilirlər.