Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 17:47:52
DİM apellyasiya müraciətləri ilə bağlı abituriyentlərə çağırış edib

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 9-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

 

AzEdu.az xəbər verir ki, apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

 

"Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq", - Dövlət İmtahan Mərkəzi bildirib.