Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 13:18:51
Müəllim və tələbələr “Heydər Əliyev Zirvəsi”nə yürüş edib
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) müəllim və tələbələri “Heydər Əliyev Zirvəsi”nə yürüş ediblər.
 
 AzEdu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan yürüşdə UNEC kollektivi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, dəniz səviyyəsindən 3751 yüksəklikdə yerləşən zirvəni fəth ediblər.
 
 ISE-nin müəllimləri Əhliman Qasımov, Zülfüqar İbrahimli, tələbələr Rəvan Namazov və Əli Qənbərli çətin relyef və hava şəraitindən keçərək, “Heydər Əliyev Zirvəsi”ndə ulu öndərin xatirəsini ehtiramla yad ediblər, ulu öndərin barelyefinin qarşısında UNEC və ISE-nin bayrağını dalğalandırıblar.