Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-07 23:34:05
Təhsil naziri istefa verdi

Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda yerləşən məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib.

 

AzEdu.az xəbər verir ki, bu barədə o, ölkənin baş nazirinə istefa məktubu ünvanlayıb.

 

Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. 

 

Qeyd edək ki, mayın 3-də Serbiya paytaxtında yerləşən məktəbdə yeniyetmə şagirdlərə atəş açıb. Nəticədə 9 nəfər - 8 şagird və 1 mühafizəçi həlak olub, daha 6 uşaq və 1 müəllim yaralanıb.