Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 17:31:07
Əcnəbi tələbələr Heydər Əliyev Mərkəzində olublar

Ümummilli Lider Heydər  Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində silsilə tədbirlər davam edir.  Bu dəfə universitetin bir qrup əcnəbi tələbəsinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. 

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, mərkəzdə əcnəbi tələbələrə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin  ömür yolu və titanik fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs olunub.  

 

Tələbələrimiz Ulu Öndərin  həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla da tanış olublar. “Azərbaycan İnciləri” və “Mini Azərbaycan” sərgilərini böyük maraqla izləyiblər.