Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 15:25:11
İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.

 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

 

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq.

 

Ağgöl milli parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-25° isti olacaq.

 

Qızılağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.

 

Göygöl milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti , gündüz 14-17° isti olacaq.

 

Şirvan milli parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin 07-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-27° isti olacaq.

 

Hirkan milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 07-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq.