Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 13:16:27
İmtahanlarda niyə 300 bal toplayan olmadı? - DİM sədri DANIŞDI

Bu ilin XI sinif buraxılış imtahanlarının ilkin təhlili göstərir ki, nəticələr keçənilki nəticələrlə təxminən eyni səviyyədədir.

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi tabeliyindəki liseylərin məzunlarının orta nəticəsi 177 bal olub:

"Bu kifayət qədər yüksək nəticədir. Hərbi liseylərin nəticələri ölkənin orta göstəricisindən də yüksəkdir. Təbii ki, peşə məktəblərinin nəticələri aşağıdır. Bu da gözlənilən mənzərədir. Nəticələri təhlil edəndə, hansısa bir hadisəni götürüb ümumi fikir söyləmək ixtiyarımız yoxdur. Burada müxtəlif növ məktəblərin, eyni şəraitdə olan məktəblərin nəticələrinin necə olduğuna baxmaq lazımdır. Bunu təhlil edib gələcək addımlarımızı ona uyğun ataq, bütün məktəblərdə təlim-tədris prosesi elə qurulsun ki, ümumiyyətlə ölkə üzrə nəticələr yüksək olsun".

M.Abbaszadə bildirib ki, 290 baldan yuxarı nəticə göstərən hər bir şəxs 300 bal toplayandan pedaqoji nöqteyi-nəzərdən fərqlənmir:

"Onların bilik səviyyəsi, demək olar ki, eynidir. Ola bilsin ki, imtahanlarda hansısa texniki məsələyə görə, hansısa bir problemlə görə abituriyent tam şəkildə 300 balı toplamayıb".


“Biz beynəlxalq imtahanlara diqqət yetirsək görərik ki, orada da ən yüksək nəticəni heç kim toplamır. Bu, təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun, 200 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun”, - deyə Məleykə Abbaszadə qeyd edib.

DİM sədri bildirib ki, builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib.

“Riyaziyyatdan 100 faiz nəticə göstərənlərin sayı təxminən 600-dür. Onlar riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin, ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Həmin məzunların nəticələri həm bizim təhsil standartlarına, həm də beynəlxalq standartlara da cavab verir”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK