Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 12:57:00
Fiziki fəaliyyət xərçəngə tutulmaq riskini azaldır

Turku Universitetinin finlandiyalı alimləri İsveçdəki Karolinska İnstitutundan olan həmkarları ilə birlikdə apardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, fiziki fəaliyyət xərçəngin inkişafı riskini azaldır və onun müalicəsinin effektivliyini, həmçinin xəstələrin həyat keyfiyyətini yüksəldir.

AzEdu.az xəbər verir ki, bu barədə onlar Frontiers jurnalında dərc etdirdikləri elmi – tədqiqat hesabatında bildiriblər.

Təcrübə müddətində lenfoma və yenitörəmə diaqnozu qoyulmuş 28 xəstənin məlumatları ümumilikdə tədqiq edilib. Birinci qrupun yaşı 20-dən 69-a qədər, ikincisi isə 37-73 yaş arasında olub. Bütün iştirakçılardan  on dəqiqəlik velosiped məşqini tamamlamaları xahiş olunub. Dərslərdən əvvəl onlardan bir dəfə, dərslərdən sonra isə iki dəfə qan nümunələri götürülüb.

Məlum olub ki, limfomalı xəstələrin qan dövranında məşq zamanı sitotoksik T və NK hüceyrələrinin sayı artıb. Döş xərçəngi olan xəstələrdə idman leykositlərin, ara monositlərin ümumi sayını artırıb. Eyni zamanda, göstəricilərdəki dəyişikliklər keçəri olub: əksər xəstələrdə immun hüceyrələrinin sayı məşq bitdikdən 30 dəqiqə sonra istirahət vəziyyətinə uyğun səviyyəyə qayıdıb.

Bundan əlavə, hər iki qrupda fiziki fəaliyyətin intensivliyi ilə immun hüceyrələrin sayı arasında korrelyasiya müəyyən etmək mümkün olub. Beləliklə, ürək döyüntüsü və qan təzyiqi nə qədər yüksək olarsa, daha çox immun hüceyrələr qan dövranına daxil olması müəyyənləşib.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, təxminən on dəqiqə davam edən yüngül və orta intensivlikli məşq xərçənglə mübarizə üçün lazım olan immun hüceyrələrin sayının artmasına səbəb olur.