Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 15:07:46
UNEC-də Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

UNEC-in Biznes və menecment fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin iqtisadi strategiyası və gələcəyə baxış” mövzusunda TEC-in konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki, konfransda professor-müəllim heyəti ilə yanaşı qonaq qismində “Atəşgah Sığorta” şirkətinin telemarketinq şöbəsinin rəisi İlkin Nəsirli də iştirak edib.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə fakültə dekanı dosent Mirağa Əhmədov açaraq, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuq tarixindəki əvəzsiz xidmətlərindən danışıb.

 

Konfransda fakültə Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent Pikəxanım Xudiyeva Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan danışaraq, onun çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçməsindən bəhs edib. Biznes və logistika kafedrasının müdiri dosent Məhəmməd Əliyev “Azərbaycanın xarici bazarlara çıxışının logistik təminatı”, “Atəşgah Sığorta” şirkətinin Telemarketinq şöbəsinin rəisi İlkin Nəsirli “Azərbaycanda yerli sığorta şirkətlərinin daxili bazardakı rolu”, fakültə TEC-in sədri Nuray Şıxıyeva “Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı” adlı mövzularda məruzələrlə çıxış ediblər.