Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 11:29:38
“Heydər Əliyev və müasir Azərbaycan” yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Universitetinin tələbələri arasında keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan” bilik yarışının qalibi “Uğur” komandasının mükafatlandırma mərasimi təşkil olunub.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, komandanın kapitanı Ağaqulu Ağayev və komandanın üzvləri Nahid Məmmədov, Sahib Məcidli, Qurban Soltanov və Rəsul Quliyevə kubok və hədiyyələr təqdim olunub. 

 

Yarışda “Aqarta”, “Xarı Bülbül”, “Xəmsə”, “Dəmir Yumruq”, “Uğur”, “Qladiatorlar”, “Alagöz” və “Zəfər” komandaları  mübarizə aparıb, hər komandada 5 tələbə olmaqla, ümumilikdə 40 tələbə biliyini sınayıb. Tələbələr bilik yarışında “Heydər Əliyevin ömür yolu”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyevin siyasi fəaliyyəti”, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “İKT və ümumi dünyagörüşü” mövzusunda sualları cavablandırıblar. Hər sual üçün 1 dəqiqə vaxtı olan komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Qeyd edək ki, bilik yarışı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planına uyğun olaraq təşkil olunub.