Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 12:22:00
Bill Qeyts sərvətini 2 milyard dollar artırdı

Amerikalı milyarder, Microsoft korporasiyasının təsisçilərindən biri, şirkətin təxminən 1%-nə və ya təxminən 103 milyon səhmə sahib olan Bill Qeyts şəxsi sərvətini 2 milyard dollar artırıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, korporasiyanın gələcəyi ilə bağlı nikbin proqnozlardan qısa müddət sonra şirkətin səhmlərinin qiyməti 9% artaraq onun bazar dəyərini 174 milyard dollar artırıb.

Microsoft digər məsələlərlə yanaşı, süni texnologiyalara əsaslanan proqram və texnologiyaların inkişafında uğura nail olub.