Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 13:52:00
Müəllimlərin 4 maydakı ULDUZ FALI

Qoç (latınca Aries)
• 21 mart – 20 aprel

Bu gün şagirdlərinizin valideynləri ilə bağlı münasibətinizdə anlaşılmaz, izaholunmaz və qəribə bir şey baş verəcək ki, bu, istər kişi, istərsə də qadın olsun, heç bir məntiqə sığmayacaq. Səbəbini aydınlaşdırmağa cəhd etməyin. Bir müddət sonra hər şey aydınlaşacaq.

Buğa (latınca adı Taurus)
• 22 aprel – 20 may

Bu gün sevdiyiniz və uğurlarına fərəhləndiyiniz şagirdləriniz sizi yaxşı mənada təəccübləndirəcəklər. Onlara lazım olan diqqət və qayğını əsirgəməyin. Siz uşaqların ürəyinə yol tapmağı bacarırsınız.

Əkizlər (latınca adı Gemini)
• 21 may – 21 iyun

Qərar vermək vaxtı gəldi. Zəif hesab etdiyiniz şagirdləriniz də sizn sayənizdə tənbəlliyin daşını atacaqlar. Yolunuz davam edin. Onsuz da dərs demək sizing tale yazınızdır.

Xərçəng (latınca adı Cancer)
• 22 iyun — 22 iyul

Bu gün siz bir daha başa düşəcəksiniz ki, hətta ən ümidsiz şagirdlər belə ən yaxşı nəticələr göstərməyə qadirdirlər. Əsas odur ki, onlara yanaşma formasını düzgün seçin və cəhdlərinizi davam etdirin.

Şir (latınca adı Leo)
• 23 iyul – 22 avqust

Bu gün min ildir görmədiyiniz və artıq vəzifə sahibi olan şagirdlərinizdən biri ilə görüşmək ehtimalı var. Bu sizi çox sevindirəcək.

Qız (latınca adı Virgo)
• 23 avqust – 22 sentyabr

Bu gün həyatınızı sözün əsl mənasında dolduracaq və yeri gəlmişkən, gələcək fəaliyyətinizdə həlledici rol oynayacaq sonsuz təsadüflər sizi təəccübləndirəcək. Amma hadisələri qabaqlamağa tələsməyin. Gözlədiyiniz sevincdən məhrum ola bilərsiniz.

Tərəzi (latınca adı Libra)
• 23 sentyabr – 22 oktyabr

İstənilən vəziyyətdə yaxşı bir şey tapa bilərsiniz, sadəcə istəmək deyil, həm də işləmək lazımdır. Ona görə də bu gün ulduzlar sevdiyiniz tələbələrinizlə problemlərinizin müsbət tərəflərini birlikdə düşünməyi tövsiyə edir.

Əqrəb (latınca adı Scorpion)
• 23 oktyabr — 21 noyabr

Bu gün həyatınızın görünməyən hissəsini öyrənməyə cəhd edən şagirdiniz sizinlə qürur duyur. Onu mükafatlandırmaqdan çəkinməyin. Onsuz da çox qısa zamanda hər şey məlum olacaq.

Oxatan (latınca adı Saggittarius)
• 22 noyabr — 21 dekabr

Bu gün gözlənilməz və orijinal olmaqdan qorxmayın. Şagirdləriniz yeni mövzular və maraqlı hadisələr eşitmək arzusundadırlar. Onların gözləntilərini doğrultmağa çalışın.

Oğlaq (latınca adı Capricorn)
• 22 dekabrdan 20 yanvaradək

Bu gün dərsin nə vaxt bitdiyindən xəbəriniz olmayacaq. Heç şagirdləri də danışmağa qoymayacaqsınız. Elə danışmaq istəyəcəksiniz. Ulduzlar sizə həddən ziyadə aktivlik vəd edir.

Dolça (latınca adı Aquarius)
• 21 yanvar — 19 fevral

Dolça bürcü bu gün danışmaqdansa dinləmək daha yaxşı olardı. Amma bu alınmayacaq. Çünki danışmasanız ətrafdakılar sizi qiymətləndirməyə bilərlər.

Balıqlar (latınca adı Pisces)
• 19 fevral — 20 mart

Bu gün çalışqan hesab etdiyiniz şagirdləri başa düşməkdə çətinlik çəkəcəksiniz. Bu sizin diqqətsizliyinizlə bağlı deyil. Uşaqlar son dərsdən lazım olan nəticəni çıxarmayıblar. Onu yenidən izah etməyə çalışın.