Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 09:46:23
AzMİU-da Heydər Əliyevin 100-cü ildönümü qeyd olunub

Azərbaycan  Memarlıq  və  İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə  həsr olunmuş “4-cü sənaye inqilabının inkişafının təməl yolu milli qurtuluşdan başlayır” mövzusunda Elmi Konfrans keçirilib. 

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, elmi Konfransda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Milli Məclisin deputatları Hicran Hüseynova və Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev, universitetin professor müəllim heyəti, tələbələr iştirak ediblər. 

 

Konfrans iştirakçıları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil  qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova konfransı giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin çoxşaxəli və təməlində Azərbaycançılıq, milli məfkurə dayanan fəaliyyətinə diqqət çəkib. Rektor qeyd edib ki, Ulu Öndərin titanik fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində hələ 70-ci illərdə Azərbaycan iqtisadiyatının, o cümlədən tikinti sektorunun davamlı inkişafının təməli qoyulub. AzMİU-nun Ümummilli Liderin şəxsi təşəbbüsü ilə 1975-ci ildə yaradıldığını vurğulayan professor Gülçöhrə Məmmədova dahi şəxsiyyətin bütün məsələlərə strateji yanaşdığını, idarəçiliyini ölkəmizin müstəqil gələcəyinə yönəlik prosesin bir parçası kimi həyata keçirdiyini vurğulayıb. 

 

Konfransda çıxış edən Milli Məclisin deputatı Hicran Hüseynova çıxış edərək bildirib ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyətini araşdırarkən, onun necə qüdrətli, hərtərəfli lider olduğu bir daha öz təsdiqini tapır. Millət vəkili qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən dahi şəxsiyyətdir. 

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə, AMEA-nın müxbir üzvü İslam Mustafayev və AzMİU-nun İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva da çıxış edərək Ulu Öndərin fəaliyyəti, dövlətçiliyin, təhsilin, iqtisadiyyatın, xüsusilə inşaat, memarlıq sahəsinin inkişafına müsbət təsiri haqqında məruzə ilə çıxış ediblər.