Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 10:55:00
Normadan artıq işləmək insult riskini 29-45% artırır

Amerika Birləşmiş Ştatlarında yerləşən Hackensack Universitetinin alimləri müəyyən ediblər ki, 10 il və ya daha uzun müddətdə normadan artıq işləmək insult riskini 45% artıra bilər.

Azedu.az saytının məlumatına görə tədqiqatın nəticələri Stroke jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, insult hər yaşda baş verə bilər. Lakin yüksək xolesterol, hipertoniya, diabet və piylənmə kimi bəzi risk faktorları insult keçirmə təhlükəsini artırması artıq sübut olunub.

Uzun müddət işləmək 50 yaşdan aşağı olan insanlar üçün xüsusilə təhlükəlidir.

Alimlər stressin ürəyi daha çox işləməyə məcbur etdiyini və bununla da və qan təzyiqini artırdığını bildirirlər.

Bu da öz növbəsində, beyin nahiyəsində qan dövranının pozulmasına və sinir hüceyrələrinin ölümünə səbəb ola biləcək beyin qanaması və ya trombun əmələ gəlməsinə səbəb olur.