Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 10:27:00
Kran suyunun keyfiyyətini yoxlamğın ən sadə yolu

Mütəxəssislərin fikrincə, kran suyunun keyfiyyətini xüsusi alətlər olmadan və laboratoriyalara müraciət etmədən ev şəraitində yoxlamaq mümkündür.

AzEdu.az-ın məlumatına görə, suyun tərkibi haqqında ilk təəssürat qoxu, dad, rəng və çöküntünün olması ilə əldə edilə bilər.


Belə ki:

  • Suda kənar və ya kəskin bir qoxu olmamalıdır, məsələn, xlor qoxusu.
  • Paslı su adətən tünd rəngdədir, dayanarkən stəkanın dibində çöküntü görünür.
  • Suyun metal dadması onda dəmirin artıq olduğunu göstərir.
  • Yuduğunuz qabların üzərində qalan tünd ləkələr hidrogen sulfid izləridir.
  • Suda yüksək konsentrasiyalı qələvini onu alüminium qaba tökməklə aşkar etmək olar. Belə qablarda yuyucu vasitə olmadan köpük əmələ gələcək.

Mütəxəssislər məsləhət görürlər ki, bu əlamətlər varsa, onları mümkün qədər tez aradan qaldırmağa çalışın, çünki keyfiyyətsiz suyun istifadəsi sağlamlızda problemlərin yaranmasına səbəb ola bilər. Xüsusilə uşaqları bu suyu içməkdən qoruyun!