Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 09:10:00
İş başında öldürülən jurnalistlərin sayı 50 faiz artıb

BMT-nin baş katibi Antonio Quterreş demokratiya və ədalətin əsas prinsipi kimi media azadlığının vacibliyini xatırladıb.


AzEdu.az xəbər verir ki, Antonio Quterreş mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə deyib ki, azad jurnalistika "fikir formalaşdırmaq və bir-biri ilə mübarizə aparan qüvvələrə həqiqəti söyləmək üçün bizə lazım olan bütün faktları verir".


Quterreşin sözlərinə görə , hazırda bütün dünyada mətbuat azadlığı hücuma məruz qalır. O, media sənayesinin bir neçə şəxsin əlində cəmləşməsinin artmasını, onlarla müstəqil xəbər təşkilatının iflasa uğramasını və jurnalistikanı sıxışdıran, senzuranı daha da artıran, söz azadlığını təhdid edən milli qanun və qaydaların çoxaldığını bildirib.

BMT-nin baş katibinin sözlərinə görə, 2022-ci ildə azı 67 media nümayəndəsi öldürülüb - bu, bir il əvvəlkindən 50 faiz çoxdur.

"Qeyd olunan jurnalistlər peşə vəzifələrini yerinə yetirmək istəyərkən məqsədyönlü hücumların hədəfi olublar", - deyə Quterreş bildirib.

Bundan əlavə, qadın jurnalistlərin demək olar ki, dörddə üçü onlayn zorakılığa məruz qalıb və hər dörddə biri fiziki təhdidlərlə üzləşib.

“Təhlükələri və hücumları dayandırın! Jurnalistləri öz işlərini gördüklərinə görə saxlamağı və həbs etməyi dayandırın! Yalanları və dezinformasiyanı dayandırın!”, - deyə BMT-nin baş katibi çağırış edib.