Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 17:17:23
UNEC-də Heydər Əliyevin iqtisadi irsi müzakirə olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbiri Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşı iqtisad üzrə fəlsəfə doktoru Ellada Xankişiyevanın “İşğaldan azad edilmiş ərazilərin bərpasında Heydər Əliyevin iqtisadi irsi” mövzusunda məruzəsi dinlənilib.

 

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova çıxışında vurğulayıb ki, Azərbaycanın bugünkü parlaq nailiyyətlərinin əsasını Ümummilli Liderin ideyaları təşkil edir.

Tədbirin sonunda Tələbə Elmi Cəmiyyətinin rəhbəri Gülçöhrə Salehzadə Ulu Öndərin Azərbaycanın tarixinə, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək dəyərdən danışıb.