Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 11:45:00
III bloka hazırlaşanların işi çətinləşdi – “Ədəbiyyat”a aid suallar V-XI sinif dərsliklərini əhatə edəcək” -RƏSMİ  

 

“Ədəbiyyat fənni üzrə qəbul proqramı V-XI sinif dərsliklərini əhatə edir”

Bunu AzEdu.az-a açıqlamasında  Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O, Ədəbiyyat fənni ilə bağlı qaranlıq qalan əsas məqama aydınlıq gətirib:

“Qəbul proqramı V-XI sinif dərsliklərini əhatə edir və növbəti həftə fənlər üzrə seminarlar başladıqdan sonra təsdiq olunub saytımızda yerləşdiriləcək”.

Xatırladaq ki, Ədəbiyyat fənni üzrə illərdir mövcud olan qəbul imtahanına düşəcək suallar X-XI sinif dərsliklərinin əsasında tərtib olunurdu. DİM tərəfindən rəsmi açıqlama verilmədiyindən sosial şəbəkələrdə, eləcə də müəllim və abituriyentlər arasında 2019-cu ildə sözügen fənnin proqramına hansı siniflər üzrə dərslərin daxil edildiyi qaranlıq qalan əsas məqamlardan biri idi.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları