Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 14:26:48
UNEC-də tədbir: “Heydər Əliyev və ədəbiyyat”

UNEC-in Biznes və menecment fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyev və ədəbiyyat” mövzusunda tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov Ulu Öndərin gənclərə olan diqqət və qayğısından söz açıb. Biznes və logistika kafedrasının dosenti Gülnarə Əzizova isə Heydər Əliyevin dahi şəxsiyyət və siyasi lider kimi Azərbaycan tarixindəki rolundan, həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafındakı əvəzsiz xidmətlərindən danışıb.