Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 12:11:47
Qeyri-sabit hava mayın 4-ü axşamadək davam edəcək

Şimal-qərb küləyi arabir Balakən, Naftalanda 20 m/s, Ağdamda 18 m/s, Sabirabadda 17 m/s, Naxçıvan, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları Stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15° isti, Naxçıvanda 7-12° isti, dağlıq rayonlarda 3-7° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta, aran rayonlarında 11-14° isti olub.

 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 4-ü axşamadək davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.