Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-02 10:56:46
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək

7 may 2023-cü il tarixində keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində (mühasibat uçotu üzrə) iştirak edəcək namizədlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki. buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

 

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

 

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

İmtahan iştirakçıları üçün “Yaddaş kitabçası”