Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 18:02:12
ADNSU rektoruna ağır itki üz verdi - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının atası Baba Mahmud oğlu Babanlı dünyasını dəyişib.


Bu barədə AzEdu.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib.

Baba Babanlı 1927-ci ildə Qazax rayonun Şıxlı elində, o zaman Qazax mahalının ziyalı ailələrindən olan Babanlılar ailəsində dünyaya göz açıb.


Orta məktəbdə təhsil aldığı ilk illərdən müəllim olmağı arzulayan Baba Babanlı çalışqanlığı, zəhmətzsevərliyi sayəsində bu nəcib məqsədinə çatmış, dövrünün tanınmış pedaqoqlarından, məktəb qurucularından biri kimi tanınmışdı. Ömrünün 40 ildən çoxunu Saatlı rayonunda kənd məktəbində çalışmış Baba Babanlı tükənməz enerji ilə savadsızlığın aradan qaldırılması, Vətənimiz üçün layiqli, təhsilli gənc kadrların yetişdirilməsinə özünün töhfəsini vermişdi.  O işlədiyi yerlərdə yorulmaz, fədakar fəaliyyəti sayəsində ictimaiyyət və xalqın böyük rəğbətini qazanmışdı.


Təqaüdə çıxdıqdan sonra doğma elinə-obasına qayıdan Baba Babanlı müxtəlif vəzifələrdə çalışıb, Ağstafa rayonunun ictimai həyatında fəal rol oynayıb. Gənclər Ağstafa rayonunun ziyalı ağsaqqallarından biri kimi Baba müəllimə daim mürəciət edib, o da özünün nəsihət və tövsiyələrini gənc nəsldən əsirgəməyib.


Bu gün daha bir müəllim ömrü sona çatdı, özünün həyatı və fəaliyyəti ilə müəllim adının ucalığını bir daha nümayiş etdirmiş Baba müəllim haqq dünyasına qovuşdu.


Allah rəhmət etsin!