Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 17:57:00
ADNSU-da  BP və PROSOL şirkətlərinin təqaüd proqramına start verilib

Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP Azərbaycan və PROSOL şirkətlərinin kibertəhlükəsizlik təlimləri üzrə birgə təqaüd proqramına start verilməsinə dair tədbir keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, sözügedən proqram çərçivəsində BP Azərbaycan və PROSOL şirkətləri tərəfindən 60 tələbə üçün 100 %-lik təqaüd ayırılır. Təqaüd proqramı PRO-ACADEMY təlim-tədris mərkəzi tərəfindən icra ediləcəkdir.


Təqaüd proqramının başlanmasına həsr olunmuş tədbirin açılış mərasimində çıxış edən PROSOL Şirkətinin həmtəsisçisi və İdarə heyətinin sədri Babək Ağayev rəqəmsal mühitdə kibertəhlükəsizliyin əhəmiyyətindən danışıb, bu sahədə mövcud çatışmazlıqlardan və problemlərdən söz açıb. Kibertəhlükəsizliyi milli zəmində qlobal proses kimi dəyərləndirən B.Ağayev kiber sahədə sürətlə artan tələblərə cavab verə biləcək kadrlara böyük ehtiyac olduğunu qeyd edib. BP Azərbaycanın vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında rəqəmsal dünyanın yeni çağırışı olan kibertəhlükəsizlik üzrə peşəkar kadrlara olan tələbatdan söz açıb, gənclərə rəqəmsal biliklərin öyrədilməsinin vacibliyini vurğulayıb. O, həmçinin PROSOL Şirkəti ilə birgə kibertəhlükəsizlik təhsili üzrə təqaüd proqramımının mühüm platforma kimi önəmini qeyd edib.

 


Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİT DX) şöbə müdiri Nadir Novruzov bu sahədə universitetlərlə əməkşalığın mühüm əhəmiyyət kəsb etdiyini deyib və təqaüd proqramına dəstək verəcəklərini qeyd edib. Şöbə müdiri Dövlət Xidmətinin də kiber sahədə yüksək peşəkarlara ehtiyac duyduğunu və bu istiqamətdə PROSOL Şirkəti ilə əmədaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırdı. Sonra Prosol şirkətinin İnformasiya Təhlükəsizliyi üzrə Baş direktoru Alıxəyyam Quluzadə cari layihənin detalları və statistikası haqqında ətraflı məlumat verib.

 

Qeyd edilib ki, 300-dən çox tələbədən 60 tələbə təqaüd proqramına qəbul edilib. 3 aylıq layihədə kibertəhlükəzilik istiqamətində 5 fənnin keçirilməsi nəzərdə tutulub. Sonda təcrübə proqramı ilə bağlı tələbələrin sualları cavablandırılıb.