Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 15:25:07
Cəlilabadda maşın hasara çırpılıb, ata və 11 yaşlı qızı xəsarət alıb

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə Cəlilabad şəhərində, avtovağzal ərazisində qeydə alınıb.

 

"Mercedes" markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində 1976-cı il təvəllüdlü Mirfəttah Təhməzov və onun övladı - 2012-ci il təvəllüdlü V. Təhməzova xəsarət alıb.

 

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.