Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 12:31:23
Qeyri-sabit hava bu tarixədək davam edəcək

"Mövcud sel və daşqınlarla müşahidə edilən hava şəraiti mayın 4-nə kimi davam edəcək".

 

AzEdu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

 

A.Verdiyev bildirib ki, Kiçik Qafqazın bir sıra ərazisində yerləşən çaylarında sel hadisəsi gözlənilir: "Hazırda Şamaxı rayonunda yerləşdiridiyimiz radar vasitəsilə apardığımız müşahidələrə görə, Yevlax, Mingəçevir, Balakən, Şəki bölgəsi ərazisində eyni zamanda Biləsuvarın bəzi ərazilərində leysan yağışlarının yağması müşahidə olunur".