Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-30 16:25:00
Naxçıvanda imtahanlar 18 binada təşkil edilib

Naxçıvan Muxtar Respublikasında imtahanlar 18 binada təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, imtahanlar Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 5, 11, 14 və 15 nömrəli tam orta məktəblərdə keçirilib.

 

Rayonlar üzrə isə Şərur rayonunda 1, 2 nömrəli və Zeyvə kənd tam orta məktəblərində, Babək rayonunda 1 nömrəli, Şıxmahmud, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəblərində, Ordubad rayonunda 3 nömrəli, Dəstə kənd tam orta məktəbi, Culfa rayonunda 2, 3 nömrəli, Şahbuz rayonunda 1 nömrəli, Kəngərli rayonunda Xök, Sədərək rayonunda Sədərək kənd 1 nömrəli tam orta məktəblərdə keçirilib.

 

4653 şagirdin iştirak etdiyi imtahan 386 zalda keçirilib. Onun idarə olunmasına 58 rəhbər, 463 nəzarətçi ayrılıb. İmtahan 11:00-da başlayıb və 3 saat davam edib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.