Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 09:25:15
AzTU-da “Açıq qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Bakı Texniki Kollecinin tələbələri üçün universitetdə “Açıq qapı” günü keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Açıq qapı” günündə tələbələr AzTU-nun laboratoriyaları ilə tanış olub, həmçinin müxtəlif fakültə və kafedraların rəhbər heyəti ilə görüşüblər.

 

Tələbələrə AzTU-da görülən işlər, həyata keçirilən yeni layihələr, tədris prosesi, beynəlxalq əlaqələr, universitet-sənaye işbirliyi barədə ətraflı məlumat verilib.