Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 17:48:00
Havanın temperaturu 5-9 dərəcə aşağı düşəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 02-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.