Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 17:45:00
UNEC əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsinə dair UNEC-in əməkdaş və tələbələrinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, ekskursiyada HİK sədri Rüfət Süleymanlı, THİK sədri İlkan Əliyev, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafiz Hacıyev, Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov, Mühəndislik fakültəsinin baş mentoru Könül Rəhimova, SABAH Mərkəzinin kordinatoru Şəlalə Musayeva, Türk Dünyası İqtisadiyyat fakültəsinin dekan müavini Cəvahir Məmmədova, İqtisadiyyat və idarəetmə fakültəsinin mentoru Zeynəb Qiyasova ,UNEC Dizayn Məktəbinin b/m Hüseynova Nisəxanım , Qiyabi Distant Əlavə Təhsil Mərkəzinin sədr müavini Yalçın Köçərli, UNEC Biznes Məktəbinin, Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri, tələbə-rektor Cabbar Cəlilov və fakültələrin fəal tələbələri iştirak ediblər.

 

Ekskursiyada gənclərə Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verilib.