Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 16:15:00
Ən çox bal toplayan abituriyent AzEdu.az-a danışdı: “Nəticəmi ilk dəfə sizdən eşitdim”

2 aprel 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

 

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, abituriyentlər arasında ən yüksək nəticəni göstərən şagird 295.4 bal toplayıb.

 

Bu, Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu Musayeva Jasmin Sahil qızıdır.

 

Qeyd edək ki, Jasmin IX sinfi də fərqlənmə attestatı ilə bitirib.

 

AzEdu.az saytı Jasmin Musayeva ilə əlaqə saxlayaraq, onun öz təəssüratlarını öyrənib.

Jasmin, 2 aprel tarixli imtahanda respublika üzrə ən yüksək balı sən toplamısan. Hansı hissləri keçirirsən?


- Doğrudan?.. Bu haqda xəbəri ilk dəfə sizdən eşitdim, çox həyəcanlıyam.

 

- Hansı ixtisas qrupu üzrə hazırlaşırsan, qəbul olunmaq istədiyin ali məktəbi müəyyənləşdirmisən? 


- IV qrup üzrə hazırlaşıram və Azərbaycan Tibb Universitetində təhsil almaq istəyirəm.


- 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında hansı səbəbdən iştirak etməmişdin?


- Sənədimdə problem yaranmışdı. Şəxsiyyət vəsiqəmi yenilədiyim üçün Dövlət İmtahan Mərkəzinin sistemində sənəd tapılmadı. Ona görə 2 aprel buraxılış imtahanında iştirak etmək üçün DİM-ə müraciət etdim.


- İmtahanlara özün hazırlaşırdın, yoxsa repetitor yanına gedirdin?

- Kursa getsəm də, əsas özüm evdə bacardığım qədər məşğul olmağa çalışırdım.

 

- Bəs hansı fənnin sualları sənə daha çətin gəlirdi?

 

- Ümumiyyətlə, IV qrup üzrə bütün fənləri sevərək oxuyuram, heç biri ilə problemim yoxdur.


- Gələcək imtahanlarda uğurlar arzulayırıq.


- Çox sağ olun!