Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 21:55:31
Azərbaycanın gömrükçüləri də Laçın yolunda işə BAŞLADI

Dövlət Gömrük Komitəsi Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində işə başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan gömrükçüləri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında fəaliyyətə başlayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.