Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 14:51:31
Zirvə liseyinin şagirdləri bu universitetdə oldular

Abituriyentlərin Bakı Mühəndislik Universiteti (BMU) ilə yaxından tanış olması istiqamətində görülən tədbirlər çərçivəsində Zirvə liseyinin şagirdlərinin universitetə növbəti ekskursiyası təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, ekskursiya zamanı BMU-nun tədris korpusları, labortaoriyalarını gəzən şagirdlərə ali təhsil ocağında tədris olunan ixtisaslar haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, məktəblilərə geniş kampusa malik BMU-da tələbələrin asudə vaxtlarının təşkili üçün yaradılan şərait, yataqxanalar barədə zəriri informasiyalar da təqdim olunub.

 

Sonra məktəblilər BMU-nun ən müasir avadanlıqlarla təchiz edilmiş Kimya və kimya mühəndisliyi, Biologiya, Fizika, Kompüter və informasiya texnologiyaları laboratoriyalarında praktiki dərslər keçiblər.

 

Liseyin şagirdlərinə laboratoriyalarda kimyəvi təcrübələri əyani şəkildə həyata keçirmək imkanı yaradılıb və onları maraqlandıran suallara aydınlıq gətirilib.