Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 11:14:00
Bu uşaqlara I sinfə qəbul zamanı güzəşt olunacaq - RƏSMİ

Bəzən I sinfə qəbul üzrə müraciətlər başlayan kimi valideynlər tez qeydiyyatdan keçmək istəyir. Belə olan halda bəzi ümumi təhsil müəssisələrində uşaqların qəbulunda növbə sırası çoxalır. Bəs bu  zaman uşaqların qəbulu hansı üstünlük hüququ əsasında aparılır?

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən məsələyə aydınlıq gətirlib.

 

Nazirlikdən verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

 

  • valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;

 

  • valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;

 

  • bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.

    Xatırladaq ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start veriləcək. 
    14 sentyabr 2023-cü il tarixində isə 1-ci sinfə qəbulla bağlı elektron qeydiyyat yekunlaşacaq.