Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 09:04:00
“İlin müəllimi" müsabiqəsinin qalibi üçün 1 milyon mükafat

Bu ildən Rusiyada “İlin müəllimi” müsabiqəsinin qalibi  1 milyon rubl (20 min 785 AZN) mükafat alacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin müəllimlərlə keçirdiyi görüş zamanı bildirib. Sonrakı yeri tutanlar hər biri  500 min rubl mükafat alacaq.

Qeyd olunan müsabiqənin final mərhələsi 2023-cü il sentyabrın 20-dən oktyabrın 5-dək keçiriləcək.

Bundan əlavə, “İlin tərbiyəçisi”, “İlin direktoru”, “İlin pedaqoq-psixoloqu”, “İlin müəllim-defektoloqu”, müsabiqələrinin qaliblərinə hər biri 200 min rubl olmaqla mükafat veriləcək.