Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 16:21:03
Bakının mərkəzində tələbə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsi, 80-in qarşısında 19 yaşlı O.Murtuzzadə bıçaqlanıb. Döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

 

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı V.Kərimov saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, bıçaqlanan gənc Türkiyədəki universitetlərdən birinin tələbəsidir.