Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 15:45:00
LDU-da turizmlə bağlı maarifləndirici tədbir

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin və Lənkəran Turizm İnformasiya mərkəzinin əməkdaşlarının birgə tədbiri keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.


Bildirilib ki, tədbirdə çıxış edən Turizm könüllüləri təşkilatının rəhbəri Rəminə Salayeva təşkilata üzv olmağın üstünlüklərindən, regional layihələrdən , gələcəkdə tələbələrin bu sahədə karyera qurması, əsil mütəxəssis kimi yetişdirilməsində və əmək bazarında uğur əldə etməsində təşkilatın rolundan danışıb.
Keçirilən tədbirdə “Turizm və otelçilik”, “Turizm işinin təşkili” ixtisasları üzrə bakalavr və magistrlər, regional layihələrin idarə edilməsi üzrə mütəxəssislər, fakültə rəhbərliyi iştirak edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.