Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 12:56:00
Müəllimlər üçün 26 aprel qoroskopu

AzEdu.az müəllimlər üçün ulduz falını təqdim edir:


Qoç

Bu gün diqqətsizlikdən narahat olacaqsınız. Şagirdləriniz sizinlə əvvəlki qədər səmimi deyil. Amma bu, müvəqqətidir. Siz münasibətinizdə dəyişiklik etməyin. Ciddi narahat olacaq bir şey yoxdur?..


Buğa

Bu gün siz şagirdlərinizə onların gözlədiklərindən daha artıq məlumat verməlisiniz. Onlar elə düşünür ki, sizin bilmədiyiniz bir məsələ yoxdur. Həm də bütün vəziyyətlərdən çıxış yolu tapmaqda onlara kömək edə biləcək yeganə dayaq sizsiniz. Bu etimadı doğruldun.


Əkizlər

Sevdiyiniz şagirdlərinizin münasibətdə olduğu digər müəllimlər varlığını qəbul etməlisiniz. O müəllimlər də şagirdlərinin hörmətini qazanmaq üçün elə sizin qədər cəhd edirlər. Amma ruhdan düşməyin, siz daha aktivsiniz və hər şagirdə individual yanaşmanın yolunu bilirsiniz.


Xərçəng

Bu gün günün birinci yarısında yuxarı siniflərlə dərs zamanı xoşagəlməz hadisə ilə üz-üzə qala bilərsiniz. Rəhbərliklə səmimi olun və o, sizin vəziyyətdən çıxmanıza yardım edəcək. Əks halda, onun nəticələri sizi uzun müddət narahat edə bilər. Özünüzə yaxın saydığınız şagirdlər yenə də sizinlədir. Buna əmin ola bilərsiniz.

Şir

Gənc nəsil üçün yaşamaq, onların təlim-tərbiyəsində rol almaq gözəldir. Ancaq özünüzü də unutmamalısınız. Siz həm də sabah üçün yaşayırsınız və sabah sizi yenə də eyni vəzifələr gözləyir. Ona görə özünüz və gələcəyiniz haqqında da düşünün.

Qız 

Bu gün əlçatmaz və real olmayan bir şeyin arxasınca qaçmamalısınız. Əlinizdə olan nailiyyətləri xatırlayın və əlçatmazları unudun. Bu gün yetərincə nüfuza çatmısınız və hələlik qane olun. Çoxun dalınca qaçaraq azdan da ola bilərsiniz. İmkanlarınızı real qiymətləndirin.

Tərəzi

Bu gün daha səbirli olmaq tələb olunur. Unutmayın, siz səbir və dözümünüzə görə indi durduğunuz yerdəsiniz və bu dözüm sizi yenə də nailiyyətlərə aparacaq. Əsas məsələ - şagirdlərlə işi heç kimə həvalə etməyin. Sizin gələcəyiniz məhz indi əllərindən tutduğunuz o uşaqlarla bağlıdır.

Əqrəb

Səbirsizliklə gözlədiyiniz gün daha da yaxındır. Bəli, sakit oturmaq və gözlədiyiniz xəbəri sakitliklə qarşılamaq sizin üçün çox çətindir. Amma unutmayın, siz özünüzdən xeyli kiçik olan uşaqların əhatəsindəsiniz və bütün hərəkətləriniz onların diqqəti mərkəzindədir. Uzaqdasınız, amma indiki vaxta qayıtmağa çalışın, əlinizi tutan insana gülümsəyin.

Oxatan

Bu gün daha diqqətlə dinləməyə çalışın. Sizdən daha çox bunu gözləyirlər. Dinlədiklərinizi də tənqid etməyə cəhd göstərməyin. Sizin tərifinizə ehtiyacı olanlar var və bu tərif onların həyatını yaxşı istiqamətə dönməyə kömək edəcək. Mərhəmətli olun.

Oğlaq

Risk etmək bu gün sizin üçün heç də yaxşı nəticələr gətirməyəcək. Çalışın normal şəraitdə işə başlayın və əlavə tapşırıqlar üzərinizə götürməyin. Uşaqlara əvvəlki günlərdən artıq tapşırıqlar vermək barədə də düşünməyin. Bunun mənfi nəticələri ola bilər.

Dolça

Bu gün şəxsi həyatınızla bağlı bir qədər məsuliyyətsiz olduğunuzu və hətta bununla bağlı nəyisə dəyişmək istədiyinizi dərk edəcəksiniz. Məktəbi bəlkə şəxsi həyatınızdan ayırasınız. Bu gün etməsəniz, sabah artıq gec olacaq. Siz məktəbə getdikcə daha çox bağlanırsınız. Bəlkə özünüz haqqında da düşünəsiniz.

Balıq

Bu gün şagirdlərlə birlikdə həqiqətən macərada iştirak etmək istəyəcəksiniz. Amma ifrata varmağa tələsməyin. Bu addımınız valideynlərdən kiminsə xoşuna gəlməyə bilər. Kənar rəylərə də həssas yanaşın. Onları bu tezliklə hesabdan silməyin.