Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 10:23:49
“4 övladım Avropada oxuyub, orda yaşayır, amma milliliklərini itirməyiblər” - Hüquqşünas

“4 övladım Avropada (onlardan 2-si həm də Amerikada) universitet oxudu, yaşayir, işləyir, hamısı da müasur, inteqrasiyalı, həm də çoxdilli... Milli mənafemizə, vətənə qarşı nəinki addım atmalarını, əksinə, isti təəssüblərini gördüm”.

AzEdu.az-ın məlumatına görə, bunu tanınmış İlqar Altay bəzi məşhur simaların xaricdə yaşayan övladlarının valideynlərinə üzqarası gətirən hərəkətlərindən danışarkən bildirib.

“Uşaqlıqdan onlara nə tərbiyə vermişəmsə odur, sonrakı ilk gəncilklərindən müxtəlif ölkələrdə, cəmiyyətlərdə inteqrativ həyatlarından necə xəbər tutub necə qarışa, yönəldə bilərdim ki? Gərək, uşağın, gəncin öz içində də olsun axı, bu milli, ölkə, vətən hissli, təəssüblü ruh. İndi, bizdə siyasətçilərdən birisinin Qərbdəki övladı bir, digərininki isə başqa cür milli mənafemizə toxunan "gənclik" edirlər. Səbəb tərbiyəninmi defisiti və ya övladın özündənmi gəlir, yaxud keçid yaşı dövrünün səhvləridirmi, bu sualdır. Hər halda, olmasa yaxşıdır bu cür yanlışlıqlar”, - hüquqşünas qeyd edib.

İ.Altay daha sonra əlavə edib:

“Bunu özüm və övladlarım, qohum-əqrəbam, çoxlu sayda Avropaya, Qərbə səpələnmiş insanları  nəzərdə tutub, deyirəm. Nə xeyli Qərbyönlü, sivil inkişaflı, müasir savadlı, inteqrasiyalı olsan da, öz milli dəyərlərini Qərb dəyərləri ilə uzaqlaşdırmağı bacarmayıb, soyu kökündən ayrı düşərək, nə ondan-nə bundan olub, yəni, özünə hörmət qoymayanı heç sivil qərblilər, avropalılar da bəyənmir və lazımınca dəyər vermirlər. Bunu gənclərimiz, valideynlər də məncə qoy nəzərə alsınlar. Ucalan ağacın, binanın dərində kökü olmalıdır... İnsanda isə bu kökü öz vətəni, milləti və dövləti təşkil edir”.