Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 10:10:00
Müəllimlərin iki əsas iş yeri ola bilər? - Nazirlikdən CAVAB

Sosial şəbəkələrdə müəllimlərin iki əsas iş yerinin ola biləcəyinə dair müxtəlif iddialar söylənilir.

 

Bəziləri müəllimlərin eyni anda iki əsas iş yerinin ola biləcəyini qeyd etsələr də, digər bir qisim bunun mümkün olmadığını vurğulayır.

 

 

 AzEdu.az sözügedən məsələyə dair rəsmi cavab almaq üçün Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək  müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. 

 

“Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır”.  

 

 

Qeyd edilib ki, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir.

 

 

“Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər”-deyə nazirlikdən bildirilib.