Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-24 08:53:19
Laçın yolundakı aksiya 134 gündür DAVAM EDİR

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 134 gündür davam edir.

 

AzEdu.az xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb.

 

Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi qurumları tərəfindən yayılan bu xəbəri alqışlarla qarşılayıblar.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 134 gündür davam edir.

 

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.