Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 13:43:01
İndoneziyada güclü ZƏLZƏLƏ

İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

 

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində yerləşib.

 

Zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.