Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 09:01:57
Məktəbdə yanğın olub

Qəbələ rayonununda məktəbdə yanğın olub.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 m² olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 m² sahədə və yaxınlıqda yığılan 8 m³ odunun 1 m³ yanıb.

 

"İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.