Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 15:29:34
Uşaq İncəsənət Festivalı başladı

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə birinci mərhələsi start götürüb.

 

AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonları üzrə ümumilikdə 3 məntəqədə keçirilən festivalda iştirakçılar piano ifaçılığı, klassik simli alətlər, xalq çalğı alətləri, caz ifaçılığı, rəssamlıq, bədii qiraət və digər nominasiyalarda mübarizə aparırlar.

 

Xatırladaq ki, peşəkar və həvəskar kateqoriyalar üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edəcək. İkinci mərhələ iyun-avqust aylarında reallaşacaq. Bu mərhələnin qalibləri final mərhələsində iştirak hüququ əldə edəcəklər.

 

Tədbirin final mərhələsi isə sentyabr ayında Bakıda təşkil olunacaq. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

 

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

Qeyd edək ki, festivala Biləsuvardan 65, Salyandan 44, Cəbrayıldan 14, Neftçaladan 44 iştirakçı qatılıb.