Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 11:36:00
“İlk Prezident təqaüdçüləri” - Ən çox balı o toplamışdı - VİDEO

Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “İlk Prezident təqaüdçüləri” layihəsində növbəti videotəqdimat edib.

Qeyd edək ki, layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslər ulu öndər Heydər Əliyevlə keçirilən görüş barədə danışır, həmin görüşün təhsil və karyeralarındakı rolundan bəhs edirlər.

AzEdu.az-ın məlumatına görə, DİM-in budəfəki təqdimatı Amerikanın "Transamerica Asset Management" şirkətində aktivlərin idarəedilməsi üzrə menecer vəzifəsində işləyən Rüfət Qaralovla bağlıdır.

Qeyd edək ki, Rüfət Qaralov o vaxt təqaüdçülər arasında ən yüksək bal toplayandır. O, 696 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunmuşdu. Bu nəticə respublika üzrə ən yüksək göstərici olub.

Videonu təqdim edirik: