Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 05:21:00
8 yaşlı uşağı avtomobil vurdu

Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az "Report.az"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Əliyev Sinan İlham oğlunu vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.