Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 15:36:36
Mingəçevirdə 10 yaşlı uşaq ölüb

Mingəçevirdə azyaşlı zəhərlənmədən ölüb.

 

AzEdu.az xəbər verir ki, hadisə bu gün Mingəçevir şəhər xəstəxanasında qeydə alınıb. Mingəçevir şəhər sakini olan 10 yaşlı Leyla Anar qızı Quluzadə zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlı xəstəxanada keçinib.

 

Onun sonuncu dəfə ağacdan dərman vurulmuş alça yediyi bildirilir və bundan zəhərləndiyi ehtimal olunur.

Mingəçevir şəhər prokurorluğunda faktla bağlı araşdırma aparılır.