Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 12:13:12
Ombudsmanın əməkdaşları internat məktəbinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhərində yerləşən 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə başçəkmə həyata keçirilib.

 

Ombudsman Aparatından AzEdu.az-a verilən xəbərə görə, başçəkmənin məqsədi bu müəssisədə uşaq hüquqlarının təmini vəziyyətinin yoxlanılması, saxlanma şəraitinin, rəftar məsələlərinin və mövcud vəziyyətin araşdırılması olub.

 

Başçəkmə zamanı müəssisənin yataqxana, yeməkxana, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb.

 

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilib.